QafqazNews TASS-a istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi MDB ilə İran arasında “MDB + İran” formatının işlənməsinə maraqlı tərəfdaşlarla birlikdə hazır olduğunu açıqlayıb.
Nazirliyin müavini Aleksandr Pankin TASS-a verdiyi müsahibədə bildirib ki, İran prezidenti Masud Pezeşkyan 9 oktyabrda Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasına dəvət olunan ilk iranlı rəhbər olub. Pankin rusiyanın bu təklifə Türkmənistan tərəfinin də təklifini dəstəkləyən ilk ölkələrdən biri olduğunu və iranlı liderin sammitdə iştirakını yüksək qiymətləndirdiyini xatırladıb.
Pankin qeyd edib ki, Pezeşkyanın “MDB +1” formatının yaradılması ideyəsi Moskvada, digər MDB paytaxtlarında və ekspert dairələrində böyük maraq doğurub və Rusiya bu təşəbbüsün tərəfdaşlarla birlikdə işlənməsinə hazırdır.
Həmçinin o bildirib ki, Rusiya hesab edir ki, MDB ilə İran arasında əməkdaşlığın inkişafı müxtəlif sahələrdə böyük potensiala malikdir.
Eyni zamanda Pankin təşkilatın üzvlük tərkibinin genişləndirilməsi barədə danışmağın hələ erkən olduğunu vurğulayıb və hal-hazırda MDB-nin üçüncü ölkələrin fəaliyyətə qoşulması üçün nəzərdə tutulmuş mövcud mexanizmlərinin, o cümlədən “MDB+” formatının qarşılıqlı əlaqə və birgə layihələrin həyata keçirilməsi üçün kifayət qədər imkanlar yaratdığını bildirib.
Mətnin tam variantı 9 noyabrda dərc olunacaq.