QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Rusiya ordusu Qara dənizdə, Odessa şəhərinin cənub-qərbində Ukraynaya hərbi ləvazimat daşıyan yük gəmisini vurub.

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, hücum noyabrın 27-də gecə saatlarında həyata keçirilib. Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun ehtiyaclarına xidmət edən dəniz gəmilərini, həmçinin hərbi sənaye və nəqliyyat infrastrukturu obyektlərini pilotsuz uçuş aparatları ilə hədəfə alıb.