QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, İslandiyanın “Vikinqur” klubunun qapıçısı İnqvar Yonsson 37 yaşında dünyasını dəyişib.
Klub futbolçunun vəfatı ilə bağlı rəsmi açıqlama yayıb. Yonssonun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib.
Qapıçı 2020-ci ildən “Vikinqur”da çıxış edirdi və komandanın heyətində 176 matçda oynayıb. O, İslandiya millisində də çıxış edib, 2016-cı ildəki Avropa çempionatında yığmanın heyətində yer alıb.