QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, ispaniyalı motosikletçi Mark Markes 2026-cı il mövsümünün sonunda “MotoGP” çempionatında çıxışını dayandıracaq.

33 yaşlı pilot qərarını mövsümün son yarışı olan Valensiya Qran-prisinin ilk məşqindən bir qədər əvvəl açıqlayıb. Markesin təmsil etdiyi “Ducati” komandası da xəbəri sonradan təsdiqləyib.

İdmançı ötən həftə Portuqaliya Qran-prisində kral sinfində səkkizinci, bütün siniflər üzrə isə 10-cu dünya çempionluğunu qazanıb. Bununla o, “MotoGP”də titul sayına görə əfsanəvi Cakomo Aqostini ilə eyni göstəriciyə çatıb.

Son illərdə baş vermiş ağır qəzalar, aldığı xəsarətlər və səhhətindəki problemlər Markesin cari mövsümün sonunda karyerasını bitirəcəyi ehtimalını artırmışdı.