QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Misli Premyer Liqasının XIII turu “Şəfa”nın qələbəsi ilə başlayıb. Paytaxt klubu səfərdə “İmişli”ni 3:1 hesabı ilə məğlub edib.
Yevlax şəhər stadionunda keçirilən görüşdə Elnur Cəfərov 14 və 29-cu dəqiqələrdə, Musa Quel isə 55-ci dəqiqədə fərqlənib. Meydan sahiblərinin yeganə qolunu 41-ci dəqiqədə Ronaldo de Souza vurub.
Qələbədən sonra 8 xalı olan “Şəfa” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. “İmişli” 12 xalla 8-ci yerdədir.
Günün ikinci matçında “Neftçi” “Zirə”ni qəbul edəcək. XIII turun oyunları noyabrın 29-da başa çatacaq.