Qafqaz News Yeniavaz.com-a istinadən xəbər verir ki, bu ilin üçüncü rübündə SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1 milyon 717 min 82 ton neft, 1 milyard 696,5 milyon kubmetr qaz hasil olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 5,1 faiz azalıb (93 min 50 ton), təbii qaz hasilatı isə 15,3 faiz azalaraq 298 milyon 214 min kubmetr olub.

Qeyd edək ki, 2025-ci ilin üçüncü rübündə SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1 milyon 810 min 132 ton neft, 1 milyard 944,7 milyon kubmetr qaz hasil olunub.