Qafqaz News Baku.ws-a istinadən xəbər verir ki, SOCAR bu ilin III rübündə 1 milyon 626 min 513 ton neft emal edib. Qazma, hasilat, emal və ixrac göstəricilərinə əsasən, bu rəqəm əvvəlki ilin səkkiz ayla müqayisədə 53 min 834 ton, yəni 3,2 faiz aşağıdır. Məlumatlarda qeyd olunur ki, ötən ilin üçüncü rübündə SOCAR 1 milyon 680 min 347 ton neft emal etmişdi.