Qafqaz News Baku.ws-a istinadən xəbər verir ki, SOCAR-ın bu ilin üçüncü rübündə ölkədəki müəssisələrində istehsal olunan 657 min 421 ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici ölkələrə ixrac edilib. Açıqlamaya görə, göstəricilər 2025-ci ilin iyul-sentyabr göstəriciləri ilə müqayisədə 18 min 210 ton, yəni 2,8 faiz artım nümayiş etdirir. 2024-cü ilin eyni dövründə Azərbaycanın müəssisələrində istehsal edilən məhsullar isə 639 min 211 ton təşkil etmişdi.
SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionun yeganə neft emalı müəssisəsi kimi, ölkənin Aİ-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin edilməsinə əlavə olaraq, neft-kimya və qaz-kimya müəssisələrini də xammalla təmin edir. Zavodda istehsal olunan məhsulun bir qismi ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, Euro-5 standartına uyğun yüksək keyfiyyətli yanacaqla təminatın gücləndirilməsi və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə aparılan modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.