QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, “Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində qurtarış sayına görə ilk sırada qərarlaşıb.
33 yaşlı qolkiper beş turda rəqiblərin 31 zərbəsini dəf edib. Bu nəticə ilə “Sabah”ın kapitanı turnirin əsas mərhələsində ən çox seyv edən qapıçı olub.
Bakı klubu son turda “Barselona” ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Bundan əvvəl “Sabah” “Mançester Yunayted”ə 0:4, Dortmund “Borussiya”sına və “Vikinq”ə isə 1:4 hesabı ilə məğlub olub. Komanda yeganə qələbəsini Çexiyanın “Slaviya”sını 2:0 hesabı ilə yenərək əldə edib.
Azərbaycan təmsilçisi dekabrın 8-də növbəti oyununu keçirəcək. “Sabah” İspaniyada “Vilyarreal”ın qonağı olacaq.