QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsində ən çox qurtarış edən qolkiper olub.

UEFA-nın rəsmi statistikasına görə, 33 yaşlı qapıçı ilk beş turun yekununda 31 zərbəni dəf edərək siyahının zirvəsində qərarlaşıb.

Pokatilov Bakıda “Barselona” ilə keçirilən və 1:4 hesabı ilə başa çatan oyunda komandasını doqquz dəfə qoldan xilas edib. Həmin qarşılaşmada etdiyi qurtarışlardan biri UEFA tərəfindən 5-ci turun ən yaxşı beş seyvi arasına daxil edilib.

Siyahıda ikinci yeri “Brügge”nin qapıçısı Yan Zommer 28 qurtarışla tutur. “Portu”nun qolkiperi Dioqo Koşta isə 26 seyvlə üçüncü pillədədir.

“Sabah” Liqa mərhələsinin altıncı turunda dekabrın 8-də səfərdə İspaniyanın “Vilyarreal” klubu ilə qarşılaşacaq.