QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Təbrizin “Traktor” klubunun qapıçısı Parsa Cəfəri BƏƏ təmsilçisi “Əl-Vəsl”lə qarşılaşma zamanı huşunu itirib.
AFK Çempionlar Liqasının Elit mərhələsində keçirilən oyunun 86-cı dəqiqəsində futbolçunun vəziyyəti pisləşib. Həkim briqadası dərhal meydana çıxaraq ona ilkin yardım göstərib. Cəfəri əvəzlənərək xəstəxanaya aparılıb.
Məlumata görə, hazırda qapıçının səhhəti normaldır.