QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehrana qarşı hərbi əməliyyatlarının maliyyə təminatının 2027-ci ilin yanvar ayının sonunadək qüvvədə olduğunu açıqlayıb.
Tramp bu barədə “The New York Post” qəzetinə verdiyi müsahibədə danışıb. O, ümumi maliyyələşmənin yanvarın sonuna qədər olduğunu deyib.
ABŞ Konqresinə aralıq seçkilərdə demokratların qalib gələcəyi təqdirdə, İrana mümkün zərbələr üçün vaxtın məhdudlaşıb-məhdudlaşmayacağı barədə suala cavab verərkən prezident bu fikri səsləndirib.
Qəzetin yazdığına görə, Tramp yeni çağırış Konqresin yanvarda fəaliyyətə başlamasından sonra demokratların hər iki palatada çoxluq qazanacağını və bunun onun İrana qarşı hərbi imkanlarını məhdudlaşdıra biləcəyini qəbul edir.
Trampın sözlərinə əsasən, demokratlar hazırda “qələbəni məğlubiyyətə çevirməyə” çalışırlar.