QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rütte Rusiyaya müharibəni genişləndirə biləcək hərəkətlərdən çəkinmək çağırışı ediblər.

Onların Floridada yerləşən “Mar-a-Laqo” iqamətgahında baş tutan görüşünün yekunu üzrə yayılan birgə bəyanatda bu mövzuya toxunulub.

Sənəddə bildirilib: “Biz, həmçinin, Rusiyanın müharibəni qəsdən və ya təsadüfən genişləndirə biləcək istənilən addımdan yayınmasının vacibliyini və müharibənin mümkün qədər tez dinc yolla nizamlanmasına nail olmağın əhəmiyyətini müzakirə etdik”.