QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi 8 noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Nazirliyin X sosial media hesabında yayılan paylaşımda Qarabağın azad edilməsinin altıncı ildönümü qeyd olunub. Təbrikdə qardaş Azərbaycan xalqına və dövlətinə səmimi arzular çatdırılıb.

Paylaşımda Vətən torpağı uğrunda həyatını itirən qəhrəmanların dərin hörmət və ehtiramla yad edildiyi bildirilib.