QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, “Kəpəz”in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət olunub.

Futbolçu UEFA Millətlər Liqasında keçiriləcək qarşılaşmalara hazırlaşmaq üçün noyabrın 9-dan 17-dək yığmanın düşərgəsində qalacaq.

Moldova noyabrın 13-də öz meydanında Qazaxıstanla üz-üzə gələcək. Üç gün sonra komandanı Farer adalarında səfər oyunu gözləyir.

“C” divizionunda çıxış edən Moldova hazırda qrupda 4 xalla üçüncü pillədədir.

Stina Moldova yığmasının heyətində indiyədək 34 matça çıxıb və 4 qol vurub.