QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızı mədə kiçiltmə əməliyyatı keçirən tanışının xarakterində dəyişiklik yarandığını bildirib.

Onun sözlərinə görə, əməliyyatdan sonra qadında eqo və ambisiya yaranıb: “Elə bil mələkdən şeytana döndü”. Hidayətqızı arıqlamağa davam etmək istəyinin psixoloji problemlərə gətirib çıxara biləcəyini qeyd edib.

Aparıcı sağlam qidalanmağı, müntəzəm yürüş etməyi və əzələləri möhkəmləndirmək üçün ağırlıq məşqləri aparmağı tövsiyə edib.