QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, noyabrın 24-də Əkizlər bürcündə baş verəcək dolunay bir sıra bürclər üçün cavabsız qalan məsələləri və təxirə salınmış qərarları yenidən gündəmə gətirə bilər.

Astroloq Ebru Birolun proqnozuna əsasən, 2025-ci ilin yayından etibarən insanların fikrini məşğul edən, lakin aydınlaşmayan mövzular konkret şəkil almağa başlayacaq.

Birolun sözlərinə görə, Əkizlər və Oxatan bürclərində qarışıqlıq aradan qalxaraq aydınlıq yaranacaq. Qız və Balıq bürcləri də sonrakı mərhələdə bu dəyişikliklərdən təsirlənə bilər.

Proqnozda Buğa, Şir, Əqrəb və Dolça bürclərinin göy cisimlərindəki dəyişiklikləri daha güclü hiss edəcəyi bildirilir.

Astroloqun fikrincə, Uranın gözlənilməz təsirləri və Marsın təsiri ilə noyabrın 24-dən 26-dək deyilən bir fikir, aparılan söhbət və ya qəfil hadisə mövcud tarazlığı dəyişə bilər.

Qeyd olunur ki, bu, astroloji şərhdir və elmi proqnoz sayılmır.