Professor Şahlar Əsgərov Heydər Əliyevlə bağlı xatirəsini bölüşərək “Gülüstan” Sarayında keçirilən bir toyun mərhum prezidenti xeyli əsəbiləşdirdiyini bildirib. QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Əsgərov bu barədə “Azstar” kanalında yayımlanan müsahibəsində danışıb.

Onun sözlərinə görə, mərasim “91-lər” hərəkatının tanınmış qadın nümayəndələrindən birinin övladı üçün təşkil olunub və Heydər Əliyevin narazılığına səbəb olub.

1992-ci il oktyabrın 16-da Heydər Əliyevə hakimiyyət uğrunda açıq və fəal mübarizəyə qoşulmaq çağırışı ilə müraciət edən “91-lər”in siyahısında dörd qadın ziyalı da vardı. Müraciəti imzalayanlar ictimai-siyasi xadim, professor Lalə Şövkət, SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova, pedaqoq Sabirə Dünyamalıyeva və Liliya Luqovaya olub. Bəzi mənbələrdə Dünyamalıyevanın adı Səbir kimi göstərilir.