QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, dünyada geniş istifadə olunan parol meneceri 1Password kiberhücumla üzləşib. Şirkət hadisə barədə rəsmi saytında məlumat yayıb.

Məlumata görə, hücum edən şəxs əməkdaşlardan birinin GitHub-dakı korporativ hesabına daxil olub. Ardınca ilkin koda müdaxilə edərək server xidmətlərinə zərərli proqram kodu yerləşdirib. Nəticədə istifadəçilərə aid inzibati məlumatlar kənar şəxslər tərəfindən endirilib.

Şirkətin açıqlamasında bildirilib ki, ələ keçirilən məlumatlar müştərilərin adlarından, elektron poçt ünvanlarından və məxfi sayılmayan hesabların daxili metaməlumatlarından ibarətdir. Bununla yanaşı, hakerlərin müştərilərin fərdi məlumat bazalarına çıxışı olmayıb.