QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, dövlət qulluğuna qəbul üzrə müsabiqənin müsahibə mərhələsi, eləcə də daxili müsahibə iki mərhələdə aparılacaq.
Bu dəyişiklik Prezident İlham Əliyevin təsdiqlədiyi Dövlət Qulluğu Məcəlləsində yer alıb.
İndiyədək inzibati vəzifələrə qəbul müsabiqəsi test imtahanı və müsahibədən təşkil olunurdu. Yeni qaydaya əsasən, müsabiqənin müsahibə hissəsi və daxili müsahibə də iki mərhələdən keçəcək.