QafqazNews TASS-a istinadən xəbər verir ki, Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dünya miqyasındakı “Milli azadlığa doğru!” hərəkatının üzvlərinin müstəqil dövlətlərə qarşı kollektiv Qərbin tətbiq etdiyi sanksiyalara qarşı ciddi iş aparmalı olduğunu bildirib.

Medvedev komitənin iclasında çıxışı zamanı “Müstəqil dövlətlərə qarşı kollektiv Qərbin birtərəfli məcburetmə tədbirlərinə, yəni hamımızın yaxşı bildiyi məhz həmin sanksiyalara qarşı ciddi iş aparmalıyıq” deyə vurğulayıb.

O, həmçinin qeyd edib ki, hərəkat çərçivəsində bu sahədəki işlərin koordinasiyası İranın “İslam Koalisiyası” partiyasının baş katibi Məhəmməd Əli Amaniyə tapşırılıb.