QafqazNews Manset.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının polkovniki Abdulla Məmmədov Ankarada xəstəlik səbəbindən vəfat edib.

Məlumata görə, Məmmədov bir neçə ağır əməliyyat keçirib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Abdulla Əli oğlu Məmmədov uzun müddət Azərbaycanın hüquq-mühafizə orqanlarında çalışıb. Prezident İlham Əliyevin sərəncamı ilə o, bir sıra orden və medallarla təltif olunub.