QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Konstitusiya layihəsinin müzakirəyə çıxarılmasının səbəbini insanların təkliflərini təqdim etməsi və onların müzakirə olunması ilə izah edib.

Azərbaycana planlaşdırılan səfərindən danışan Simonyan səfərin dekabrın əvvəlində keçiriləcəyini, ancaq Bakıya getməyəcəyini söyləyib.

“Bəli, səfər dekabrın əvvəlində olacaq. Bakıya getməyəcəyəm. Güman edirəm ki, ya Gəncəyə, ya da başqa bir şəhərə səfər edəcəyəm”, – deyə o bildirib.