QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin Ermənistanda həbsdə saxlanılması daha üç ay davam edəcək. Bu barədə qərarı Sünik vilayətinin məhkəməsi qəbul edib.
Musayev oktyabrın 1-də saat 14:15-də Zəngəzurun Şəki kəndi istiqamətində sərhədi naməlum şəraitdə keçdikdən sonra Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılmışdı. Onun barəsində əvvəlcə iki aylıq həbs qətimkan tədbiri seçilmişdi.