QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə, o cümlədən TikTok-da İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətində ağır hərbi texnika toplaması barədə iddia yayılıb.

İranın Azərbaycandakı səfirliyi məsələ ilə bağlı açıqlamasında bildirib ki, görüntülərin nə vaxt və harada qeydə alındığı dəqiq bilinmədiyindən onlara dair fikir söyləmək mümkün deyil.

Diplomatik nümayəndəlik qeyd edib ki, hərbi təcavüzə qarşı özünü müdafiə edən ölkə olaraq İranın lazımi hazırlıq tədbirləri görməsi tamamilə təbiidir.

Səfirlik əsassız məlumat və materialların yayılmamasına, həmçinin onların iki ölkənin dostluq əlaqələrinə zərər vura biləcək formada şərh edilməməsinə çağırıb.