QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

Tərəflər Azərbaycan–NATO tərəfdaşlığının mövcud vəziyyətini və gələcək inkişaf imkanlarını, eləcə də əməkdaşlıq üçün yeni modellərin hazırlanması ehtiyacını müzakirə ediblər.

Hacıyev görüşdə Azərbaycanın NATO-nun fəal və etibarlı tərəfdaşı olduğunu qeyd edib. O, ölkənin hərbi imkanlarından, strateji coğrafi mövqeyindən, regional bağlantıların inkişafındakı rolundan və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışıb.

Görüş zamanı Azərbaycan–NATO əməkdaşlığının daha da genişləndirilməsinin əhəmiyyəti də vurğulanıb.