QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov Slovakiyanın Baş prokuroru Maroş Jilinka ilə görüş keçirib.
Tərəflər Azərbaycan-Slovakiya strateji tərəfdaşlığının inkişafını müsbət qiymətləndirib, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün imkanların olduğunu bildiriblər.
Görüşdə iki ölkənin prokurorluqları arasında əlaqələrin yüksək dinamikası qeyd edilib və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi yolları nəzərdən keçirilib. Həmçinin Azərbaycan və Slovakiyanın baş prokurorluqları arasında həmin gün imzalanan əməkdaşlıq proqramının əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev də iştirak edib.