QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, futbolçu Nurlan Novruzov məşqçilik fəaliyyətinə başlayıb.

Hazırda II Liqada mübarizə aparan “Zəngəzur”un 33 yaşlı hücumçusu “Neftçi”nin U-12 komandasının məşqçisi təyin olunub.

Novruzov karyerasında “Sumqayıt”, “Bakı”, “Zirə” və “Səbail”də çıxış edib. Legioner həyatı zamanı Moldova, Estoniya, Nepal və Litva klublarında oynayıb.

O, 2014/2015 mövsümündə “Bakı”nın heyətində Azərbaycan Premyer Liqasının ən çox qol vuran futbolçusu olub.