QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Arsenal” UEFA Çempionlar Liqasında penalti seriyaları nəzərə alınmadan keçirdiyi ardıcıl 20 oyunda məğlub olmayıb. London klubu bununla turnir tarixində ən uzun seriyalar arasında üçüncü sıraya yüksəlib.

2025/2026 və 2026/2027 mövsümlərini əhatə edən bu dövrdə “topçular” 14 qələbə qazanıb, 6 dəfə heç-heçə edib.

Turnirin rekord göstəricisi “Mançester Siti”yə məxsusdur. İngiltərə klubu 2022/2023–2024/2025 mövsümlərində ardıcıl 26 matçda uduzmayıb. İkinci yerdə isə 2007/2008–2008/2009 mövsümlərində 25 oyunu məğlubiyyətsiz başa vuran “Mançester Yunayted” qərarlaşıb.