QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Asiya Çempionlar Liqasında “Əl-Cəzirə” ilə İranın “Gol Gohar” komandaları arasındakı matç hakim ətrafında yaranan mübahisə ilə yadda qalıb. İkinci hissəni qarşılaşmanın dördüncü hakimi idarə edib.
Oyunun 32-ci dəqiqəsində suriyalı hakim Hanna Hattab “Əl-Cəzirə”nin qapıçısı Ersin Destanoğluna sarı vərəqə göstərib. Dörd dəqiqə sonra isə qərarını ləğv edib və bu, meydandakı narazılığı artırıb.
Bundan sonra “Gol Gohar”ın baş məşqçisi Mehdi Rəhməti hakimin sərxoş olduğunu iddia edib və komandasının ikinci hissədə meydana çıxmayacağını bildirib.
Gərginlikdən sonra Asiya Futbol Konfederasiyası hakim dəyişikliyinə qərar verib. Matç “Əl-Cəzirə”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Anderson Talisca vurub.
Hakimin sərxoş olduğu barədə iddia rəsmi təsdiqini tapmayıb.