QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Böyük Zəfərin altıncı ildönümü ilə əlaqədar “AzərEnerji” ASC-nin Baş İdarəetmə Kompleksindəki Energetiklərin Mədəniyyət Mərkəzində tədbir təşkil olunub.
Tədbir zamanı “Zəfərdən doğan işıq” adlı sənədli film nümayiş etdirilib.
Filmdə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı enerji quruculuğu, Qarabağ və Şərqi Zəngəzurun ölkənin vahid enerji sisteminə qoşulması, həmçinin bölgənin yaşıl enerji zonasına çevrilməsi üçün görülən işlər yer alıb.
Sənədli əsər tarixi Zəfərdən sonra azad edilmiş torpaqlarda qurulan müasir enerji infrastrukturunu və Azərbaycanın enerji potensialının inkişafını təqdim edir.