QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası noyabrın 9-dan 17-dək Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq toplanışı keçirəcək.
Komanda hazırlıq çərçivəsində Oman U-23 yığması ilə iki yoxlama görüşündə qarşılaşacaq. Matçlar noyabrın 14-də və 17-də oynanılacaq. Stadion və oyunların başlanma vaxtı barədə əlavə məlumat veriləcəyi bildirilib.
Milli komandaya dəvət alan futbolçular bunlardır: Sadiq Məmmədzadə (“İmişli”), Səlim Həşimov (“Gəncəbasar”), Teymur Həsənov (“Qarabağ”), Ceyhun Bağırzadə (“Şamaxı”), Elgün Dünyamaliyev (“Sabah”), Hüseyn Hüseynov (“Mingəçevir”), Timur Vəliyev (“Master-Saturn”), Məhəmməd Məhəmmədov (“Neftçi”), Həsən Məmmədli (“Rot-Vays Oberhausen”), Mikael Cəbrayılov (“İnter Barselona”), Allahverdi Rəhimov (“Zaqatala”), Elnur Mustafayev (“Mingəçevir”), Yusif Hacıyev (“Zirə”), Qədir Ramazanov (“Qəbələ”), Ceyhun Kəlbəliyev (“Şimal”), Dinamin Bağırov (“Gəncəbasar”), Cuma Hüseynov (“Qəbələ”), Elmar Məmmədov (“Şəfa”), Əli Xəlilov (“Aleksandriya”), Müzəffər Qurbanov (“Dnepr”), İlkin Cəfərli (“Sabah”), Elşən Hidayətov (“Baku Sporting”), Yusif Mehtiyev (“Lokomotiv”) və Niyazi Osmanov (“Şimal”).
Nəriman Axundzadə əvvəlki toplanışda formasının qənaətbəxş olmadığı üçün əsas milliyə deyil, U-21-ə çağırılmışdı. Onun adı bu dəfə 21 yaşadək futbolçuların yığmasının heyətində yer almayıb.