QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyənin “Qalatasaray” klubu Qarabağ Zəfərinin 6-cı ildönümü ilə əlaqədar rəsmi “X” hesabında paylaşım edib. Klub Azərbaycanı “Dost və qardaş ölkə Azərbaycanın Zəfər Günü mübarək!” sözləri ilə təbrik edib.
“Fənərbağça” da 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
İstanbul klubunun paylaşımında “Canımız, qardaşımız Azərbaycanın 8 Noyabr - Zəfər Günü mübarək!” ifadəsi yer alıb.