QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, noyabrın 7-də Yaponiyanın şərq sahilləri yaxınlığında 5,6 maqnitudalı zəlzələ baş verib.
GFZ Geofon seysmik məlumat bazasının ilkin göstəricilərinə əsasən, yeraltı təkanların ocağı təxminən 10 kilometr dərinlikdə olub. Zəlzələnin episentri Sakit okeanda, Çiba prefekturasındakı Çoşi şəhərindən təxminən 87 kilometr şimal-şərqdə yerləşib.
Yaponiya vaxtı ilə saat 20:07-də qeydə alınan təkanların ocağının dərinliyi 20 kilometr göstərilib. Zəlzələnin parametrlərinin ilkin olduğu və sonradan dəqiqləşdirilə biləcəyi bildirilib.