QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, İspaniya Kral Futbol Federasiyası (RFEF) “Tenerife” klubunun futbolçusu Xesus de Migelin vəfatı səbəbindən bu günə nəzərdə tutulan ölkə kuboku matçlarını təxirə salıb.
Federasiyanın mətbuat xidməti qərarla bağlı məlumat yayıb. Qurumun bəyanatında yarışların yenilənmiş təqviminin və təxirə düşən görüşlərin keçiriləcəyi tarixlərin yaxın günlərdə açıqlanacağı qeyd olunub.
Bu gün İspaniya Kubokunda “Anaitasuna” – “Alaves” və “Pamplona” – “Eibar” komandalarının qarşılaşmaları baş tutmalı idi.