QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Misli Premyer Liqasının XI turunda “İmişli” və “Sumqayıt”ın görüşü qolsuz heç-heçə ilə başa çatıb.
Günün ilk matçında “İmişli” rəqibini Yevlax şəhər stadionunda qəbul edib. Qarşılaşmada hesab açılmayıb.
Bu nəticədən sonra meydan sahibləri 11 xalla səkkizinci, “gənclik şəhəri”ni təmsil edən “Sumqayıt” isə 10 xalla doqquzuncu sıradadır.
XI turun son oyunu “Sabah”la “Şamaxı” arasında keçiriləcək. Görüşün start fiti saat 17:30-da səslənəcək.
Peşəkar Futbol Liqasının qərarı əsasında XI tur “Zəfər turu” adlandırılıb.
Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qarabağ”ı, “Neftçi” isə “Kəpəz”i 1:0 hesabı ilə üstələyib. “Zirə” “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib. “Şəfa” və “Araz-Naxçıvan”ın qarşılaşması 2:2 hesabı ilə yekunlaşıb.