QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanın valyuta ehtiyatları 15,4 milyard ABŞ dollarına çataraq ölkə tarixində ən yüksək həddə yüksəlib.
Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə bazarındakı vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə, cari ilin ilk 10 ayında qurumun ehtiyatları 34 faiz, başqa sözlə, 3,9 milyard dollar artıb.
Həm nağd, həm də nağdsız valyuta bazarında təklif tələbi xeyli üstələyir. Vətəndaşların manata və bank sektoruna inamının artması fonunda ölkədə dollarlaşma illik müqayisədə 3,3 faiz bəndi azalaraq 25,2 faizə düşüb.
2021-ci ilin sonu ilə müqayisədə dollarlaşma göstəricisi 15,4 faiz azalıb. Bu, tarixi minimum səviyyədir.
Bazarda dollar təklifinin çox olduğu bildirilir. Əhali isə yığımlarını daha çox manatla saxlamağa üstünlük verir.