QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, deputat Hikmət Babaoğlu mediaya ayrılan vəsaitin az olduğunu bildirib.

O, bu fikri Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı səsləndirib.

Babaoğlunun sözlərinə görə, düşüncəyə və milli düşüncə platformasının keyfiyyətinə media, televiziya və televiziya yayımı təsir göstərir. Deputat gələn il media üçün 68 milyon 369 min manat nəzərdə tutulduğunu deyərək, bu məbləğin ötən illə müqayisədə xeyli azaldığını vurğulayıb.