QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Tailandda Mekonq çayından bədənində qabarcıqlar, üzgəclərində isə rəng dəyişikliyi olan naqqa balıqları tutulub. Bu balıqlar “zombi balıqlar” adlandırılır.

Ekoloqların fikrincə, qeyri-adi görünüş çayın yuxarı hissəsindəki mədən işlərinin suyu arsen və ağır metallarla çirkləndirməsi ehtimalı ilə bağlıdır.

Belə nümunələrin 2020-ci illərin əvvəlindən müşahidə olunduğu bildirilir. İddialara görə, 2024–2026-cı illərdə Mekonq suyundakı arsenin səviyyəsi icazə verilən həddi 3-4 dəfə keçib.

Ekoloqlar çirklənmənin davam etməsinin ekoloji fəlakətə yol aça biləcəyi barədə xəbərdarlıq edirlər.

Asiyanın altı ölkəsinin ərazisindən keçən Mekonq milyonlarla insanı su və ərzaqla təmin edir.