QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, “Turkish Airlines”ın yükdaşıma bölməsi “Turkish Cargo” İstanbul, İrəvan və yenidən İstanbul istiqamətində ilk müntəzəm yük uçuşunu həyata keçirib.

Reys noyabrın 15-də baş tutub. Türkiyənin aviasiya sahəsinə dair məlumatlar yayımlayan “Aeroportist” portalının bildirdiyinə görə, xüsusi uçuş iki ölkə arasında etibarlı yük daşımalarının təmin olunmasına xidmət edir.

“Turkish Airlines” 2026-cı ilin mart ayından İstanbul ilə İrəvan arasında müntəzəm sərnişin reysləri də həyata keçirir.