QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, dövlətə məxsus səhmlərin nəzarət zərfi olan səhmdar cəmiyyətlərdə korporativ idarəetmə qayda və standartlarının tətbiqi üçün tələb olunan tədbirləri Maliyyə Nazirliyi həyata keçirəcək.

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli, 257 nömrəli qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişiklik AZCON və Azərbaycan İnvestisiya Holdinqinin idarə etdiyi səhmdar cəmiyyətlərə aid deyil.

Qərar 2025-ci il 29 dekabr tarixli, 570 nömrəli prezident fərmanının icrasını təmin etmək üçün qəbul olunub. Həmin fərman dövlət müəssisələrinin büdcə layihələri və proqnozları, gəlir-xərc smetalarının icrasına nəzarət, xalis mənfəətin bölüşdürülməsi və dividend siyasəti ilə bağlı qaydaları təsdiqləyir.