QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 33 milyard 569,6 milyon manat təşkil edib. Bu barədə Maliyyə Nazirliyinin rəsmi məlumatında bildirilib.
Daxilolmalar proqnozlaşdırılan həddi 1 milyard 163,5 milyon manat, yaxud 3,6 faiz üstələyib. Hesabatda ilk 10 ayda qeydə alınan artım makroiqtisadi sabitliyin və vergi-gömrük sahəsində şəffaflığın davamlı təmin olunması ilə əlaqələndirilib.