QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Taylandın paytaxtı Banqkokda neft emalı zavodunda partlayış olub.
Partlayışın ardınca zavodda yanğın başlayıb. Hadisə zamanı yeddi nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.
Hadisə barədə məlumat alan yanğınsöndürmə və fövqəladə hallar qrupları əraziyə cəlb olunub.