QafqazNews Habertürk-ə istinadən xəbər verir ki, Trendyol Süper Liqanın 13-cü turunda 27 noyabr Cümə günü evdə Kasımpaşa ilə qarşılaşacaq Çaykur Rizesporun albaniyalı futbolçusu Qazim Laçi görüş öncəsi açıqlama verib və bu liqada asan matç olmadığını vurğulayıb.

Laçi matçın çətin keçəcəyini düşündüyünü, amma öz meydanlarında əllərindən gələni edərək qalib gəlmək istədiklərini söyləyib. O, komanda üçün hər zaman ən yaxşısını etməyə çalışdığını əlavə edib.

Çıxışındakı son nəticələrdən, xüsusilə səfər matçlarındakı uğurlardan məmnun olduğunu deyən Laçi, ev oyunlarında itirdikləri xalların isə onları üzdüyünü qeyd edib. "Evimizdə oynadığımız oyunların çoxunda həqiqətən yaxşı oynadıq, lakin kiçik detallarda matçları və xalları itirdik", — deyən Laçi səfərdə qələbə qazanmağın bu liqada ən çətin işlərdən olduğunu bildirib və indiyədək bu sahədə yaxşı olduqlarını qeyd edib.

Laçi Erzurum qarşılaşması ilə evdə ilk qələbələrini qazandıqlarını xatırladaraq, bu qələbələri davam etdirmək, evdə qalib gəlmək və səfər oyunlarında mümkün qədər çox xal toplamaq lazım olduğunu vurğulayıb.

Kasımpaşa komandasının həm müdafiədə, həm də hücumda effektli olduğunu bildirən Laçi, rəqibin indiyədək cəmi bir məğlubiyyəti olduğunu düşündüyünü və buna görə də çətin oyun gözlədiyini deyib. "Bu liqada asla asan oyun, asan rəqib yoxdur. Hər matç çox çətin keçir və hər rəqibə qarşı oyunuzu inkişaf etdirməlisiniz. Mövsümün əvvəlindən bu yana etdiyimiz işlərə və oynadığımız oyuna baxsaq, inkişaf edirik. Sahədə etmək istədiklərimizi daha yaxşı edə bilirik. Bu matçın həqiqətən çətin olacağını düşünürəm, amma hazırıq, hazır olmalıyıq. Öz evimizdə oynayırıq və əlimizdən gələni edərək oyunu qazanmaq istəyirik", — deyə o əlavə edib.

Laçi həmçinin Kasımpaşa matçında azarkeşlərin dəstəyini görmək istədiklərini qeyd edib: "Mövsümün əvvəlindən bizi necə dəstəkləyiblərsə, bu oyunda da eyni dəstəyi görmək istəyirik. Məncə meydanda Rizespor azarkeşlərinin görmək istədiyi hər şeyə sahib bir komanda var. Yaxşı gündə də pis gündə də sahədə əlimizdən gələni edirik, heç vaxt vaz keçmirik. Azarkeşimizin də bu mübarizəni qiymətləndirdiyini düşünürəm. Onları hər matçda bizi dəstəkləməyə gözləyirik."

Futbolçu üzərinə olan güvənin performansına müsbət təsir etdiyini vurğulayıb: "Əvvəlcə bu vəziyyətdən çox xoşbəxtəm. Çünki mənə olan bir inam var və bu inam məni çox xoşbəxt edir. Komandam üçün hər zaman ən yaxşısını etməyə çalışıram. Öz adımdan da ən yaxşısını edib komandama kömək etmək istəyirəm. İndiyədək etdiyim assistlər və vurduğum qollarla komandama yardım etməyə çalışmışam. Əlbəttə çatışmazlıqlarımız və inkişaf etdirməli olduğumuz tərəflərimiz var. Bunlar üzərində işləməyə davam etməliyik. Məğlubiyyətimiz də qələbəmiz də komanda üçün önəmlidir", — deyə Laçi əlavə edib.

Laçi həm fərdi statistikasına, həm də komandanın nəticələrinə önəm verdiyini bildirib və məqsədin mümkün qədər çox xal toplamaq olduğunu söyləyib: "Fərdi statistikam əlbəttə önəmlidir, amma qol vursam da vurmasaq da önəmli olan komandamın və komanda yoldaşlarımın yaxşı olması və bizim 3 xalı əldə etməyimizdir. Bu istiqamətdə işləməyə davam edəcəyəm. Qol vurub ya da assist etsəm də oyunu qazansaq iki dəfə xoşbəxt oluram."