QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Kremlin Ukraynaya qarşı ərazi iddialarını əsaslandırmaq üçün istifadə etdiyi “tarixi torpaqlar” arqumentini qəbul etməyib.

O, ərazilərin kimə məxsus olduğunu uzaq keçmişə əsasən müəyyənləşdirməyin fərqli nəticələrə gətirə biləcəyini deyib. Lukaşenkonun sözlərinə görə, torpaqların vaxtilə Rusiyanın tərkibində olması onları Rusiyanın ərazisi saymaq üçün əsas götürülərsə, daha qədim tarix də nəzərə alınmalıdır.

“Rus torpaqları bir vaxtlar monqol-tatarlara məxsus idi. Bilirsinizmi? Onda biz bütün Rusiyanı Monqolustana qaytarmalı olacağıq”, – Belarus Prezidenti bildirib.

Lukaşenko əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin də bu tarixi reallığı yaxşı anlayır.