QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask ABŞ-də yaşayan hər bir uşağa iki “SpaceX” səhmi veriləcəyini açıqlayıb. Səhmlərdən biri şirkət, digəri isə şəxsən Mask tərəfindən təqdim olunacaq.

Mask ABŞ-nin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edərək, “Amerikadakı hər bir uşağa iki ədəd “SpaceX” səhmi veriləcək. Onlardan biri şirkət, digəri isə şəxsən mənim tərəfimdən təqdim olunacaq”, – deyə bildirib.

O, təşəbbüslə bağlı əlavə məlumat açıqlamayıb.

ABŞ mətbuatının yazdığına görə, ölkədə təxminən 72 milyon uşaq var. Bu göstərici vəd edilən səhmlərin ümumi dəyərinin 18,4 milyard dollar olduğunu göstərir.