QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajında 165 iştirakçı pul mükafatı qazanıb. Təsadüfi seçimlə müəyyənləşdirilən uduşların ümumi məbləği 70 min manat təşkil edib.
Qaliblərdən 100 nəfərə 100 manat, 50 nəfərə 200 manat, 10 nəfərə 1000 manat, 4 nəfərə 5000 manat, bir nəfərə isə 20 min manat verilib.
Lotereya 8 oktyabr 2026-cı ildən 8 yanvar 2027-ci ilədək davam edəcək. İştirakçıların şansları Yığım hesabı üzrə əməliyyatlarına və vəsait toplama davranışına əsasən hesablanır. Hesab açmaq, balansı artırmaq, yığım məqsədi təyin etmək, avtomatik artırmanı qoşmaq və hesaba yeni vəsait yatırmaq əlavə şans qazandırır.
Lotereyada Birbank-ın həm mövcud, həm də yeni AZN və USD Yığım hesabı müştəriləri iştirak edə bilərlər. Tapşırıqlar və əldə edilən şansların sayı tətbiqin “Bizdən sizə” bölməsindəki “Lotereya” hissəsində göstərilir.
Növbəti tirajlar 24 dekabr 2026-cı il və 21 yanvar 2027-ci ildə keçiriləcək. Sonuncu tirajda 50 min manatlıq baş mükafat təqdim olunacaq. İlk tirajın qaliblərinin siyahısı bu ünvanda yerləşdirilib: http://www.b-b.az/bbsvptrj
Birbank Kapital Bank-ın əmtəə nişanıdır. Bankın məlumatına görə, Birbank tətbiqinin 3 milyondan çox aktiv istifadəçisi var. Kapital Bank ölkə üzrə 120 filial, 48 şöbə və 19 Rəqəmsal Mərkəzdən ibarət şəbəkə ilə fəaliyyət göstərir.