QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Böyük Britaniyada kəskin istilər nəticəsində ölənlərin sayı 5258 nəfərə çatıb. Bu barədə Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Agentliyin hesabatında bildirilir ki, bu il qeydə alınan göstərici 2016-cı ildən bəri ölkədəki ən yüksək səviyyədir. Cari ilin rəqəmi 2022-ci ildəki əvvəlki rekordu təxminən iki dəfə üstələyib.

İstilik səbəbindən Böyük Britaniyada 2022-ci ildə 2985, 2023-cü ildə 2295, 2024-cü ildə 1311, 2025-ci ildə isə 1504 nəfər ölüb.

Ən çox ölüm 21-28 iyun tarixlərində qeydə alınıb. Həmin həftə ərzində istivurmadan təxminən 2401 nəfər həyatını itirib.

Ekstremal hava şəraiti 2026-cı ilin iyulunu Böyük Britaniya tarixinin ən quraq dövrünə çevirib. Vəziyyətlə əlaqədar İngiltərənin ərazisinin 71,3 faizində rəsmi quraqlıq elan olunub.