QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Puerto-Rikodan olan Cennifer Barreto “Kainat gözəli-2026” müsabiqəsinin qalibi seçilib.

San-Xuanda baş tutan yarışmada ümumilikdə 116 model iştirak edib.

Nəticələrə əsasən, Dominikan Respublikasını təmsil edən Melissa Nunyez ikinci, Venesueladan Klara Veqas isə üçüncü yeri tutub. İlk beşliyə Filippin təmsilçisi Beatris Millan-Vindorski və Yeni Zelandiyalı Corciya Vaddinqton da daxil olub.