QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasında “Aston Villa” ilə qarşılaşmada üzündən zədələnən “Qalatasaray”ın hücumçusu Deniz Gül əməliyyat olunub.

Klubun mətbuat xidmətinin məlumatına əsasən, futbolçunun burnunda geniş dəri zədəsi və sınıq müəyyən edilib. Əməliyyat bu gün plastik cərrahiyyə və qulaq-burun-boğaz həkimlərinin iştirakı ilə aparılıb.

“Qalatasaray”ın “Aston Villa”ya 1:0 hesabı ilə qalib gəldiyi görüşdə yeganə qolu Deniz Gül vurub. Qol zamanı “Aston Villa”nın futbolçusu Nikolas Ceksonun ayağı Gülün burnuna dəyib.